AZ

Türkiyədə kiberfırıldaqçılığa qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyədə kibercinayətkarlara qarşı nəhəng əməliyyatda 568 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya 39 vilayətdə kibercinayətlərə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 568 şübhəlinin saxlanıldığını elan edib.

Nazir bildirib ki, son 10 gün ərzində İstanbul, Ankara, İzmir, Adana, Antalya da daxil olmaqla ümumilikdə 39 şəhərdə qanunsuz mərc oyunları, ixtisaslaşmış dələduzluq, internetdə uşaq istismarı, oğurluq və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması kimi cinayətlərə qarşı əməliyyatlar həyata keçirilib.

Əməliyyatlar çərçivəsində saxlanılan şəxslərin sosial media və fişinq (aldadıcı) saytlar vasitəsilə vətəndaşları “yüksək gəlir vədi” ilə aldatdıqları, qanunsuz mərc saytları üçün texniki infrastruktur yaratdıqları, mobil bank hesablarını ələ keçirməklə haqsız qazanc əldə etdikləri müəyyən edilib.

Qeyd edək ki, istintaq çərçivəsində 1 milyard 111 milyon 599 min lirə dəyərində pul və əmlak – o cümlədən 21 avtomobil, 28 torpaq sahəsi, 11 bağ və çox sayda rəqəmsal material müsadirə olunub. Həmçinin sənədsiz tüfənglər də aşkarlanıb. Hazırda saxlanılan şəxslər barəsində prokurorluq tərəfindən hüquqi araşdırmalar davam etdirilir.

Seçilən
0
turkic.world

1Mənbələr