AZ

Wi-Fi şifrənizi oğurlayanları necə tapmaq olar? –

Son illər internet təhlükəsizliyi ilə bağlı narahatlıqlar artmaqda davam edir. Azpost.az bildirir ki, istifadəçilərin əksəriyyəti evdə istifadə etdiyi Wi-Fi şəbəkəsinin təhlükəsiz olduğuna əmin olsa da, bəzən gözəgörünməz bağlantılar olur. Mütəxəssislər bildirir ki, ev internetinə icazəsiz qoşulan cihazlar həm sürəti zəiflədə, həm də şəxsi məlumatların oğurlanması riskini artırır.

Ən çox rast gəlinən hallardan biri qonşular və ya ətrafdakı şəxslərin Wi-Fi parolunu sındıraraq gizli qoşulmasıdır. Bu hal xüsusilə zəif və ya standart şifrələrdə daha asan baş verir. İnternet xidməti təminatçıları istifadəçilərə modem ayarlarına daxil olaraq qoşulan cihazları mütəmadi yoxlamağı tövsiyə edir.

Qoşulmuş cihazlar siyahısını modeminizin idarəetmə panelindən görə bilərsiniz. Şübhəli bir MAC ünvanı və ya tanımadığınız cihaz gördükdə, dərhal Wi-Fi şifrənizi dəyişmək və cihazları bloklamaq tövsiyə olunur. Bunun üçün müasir modemlərdə “MAC Filtering” funksiyasından istifadə etmək mümkündür.

Təhlükəsizliyi artırmaq üçün sadə, doğum tarixi və ya ad-soyad kimi şifrələrdən imtina edilməlidir. Daha güclü və mürəkkəb şifrələr təyin etmək həm şəxsi məlumatlarınızı, həm də internet sürətinizi qorumağa kömək edəcək. Bundan əlavə, modem proqram təminatını yeniləmək və WPA3 təhlükəsizlik protokolundan istifadə etmək də vacibdir.

Ekspertlər bildirir ki, internet sürətinin qəfil zəifləməsi və əlaqənin tez-tez kəsilməsi də əlavə bağlantıların əlaməti ola bilər. Belə hallarda dərhal tədbir görmək lazımdır. Çünki kənar şəxslərin Wi-Fi bağlantınızdan istifadə etməsi həm hüquqi, həm də maliyyə baxımından təhlükə yarada bilər.

Seçilən
0
1
azpost.info

2Mənbələr