Azərbaycan İdman Akademiyası bir sıra kafedralar və departamentlər üzrə müdir, eləcə dədekan vəzifəsinə qəbul üzrə müsabiqə elan edib.
Ölkə.Az xəbər verir ki, vakant yerlər aşağıdakı kimi sıralanıb.
Fiziki tərbiyə fakültəsinin, məktəbinin dekanı – 1 ştat.
İdman fakültəsinin, məktəbinin dekanı – 1 ştat.
Sağlamlıq və menecment fakültəsinin, məktəbinin dekanı – 1 ştat.
Fiziki hazırlıq kafedrasının, departamentinin müdiri – 1 ştat.
Humanitar elmlər kafedrasının, departamentinin müdiri – 1 ştat.
Komanda idman növləri kafedrasının, departamentinin müdiri – 1 ştat.
Fərdi idman növləri kafedrasının, departamentinin müdiri – 1 ştat.
Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının, departamentinin müdiri – 1 ştat.
Menecment və ümumi fənlər kafedrasının, departamentinin müdiri - 1 ştat
Fakültə və məktəb dekanı vəzifəsində çalışmaq istəyən şəxslərdən ixtisas üzrə 5 il, ali təhsil müəssisəsində 3 il çalışmaq, ali təhsil müəssisəsində 3 illik pedoqoji təcrübə, dosent və fəlsəfə doktoru elmi adına malik olmaq, kompüteri, ofis proqramlarını və rus dilini əla səviyyədə, ingilis dilini isə C1 səviyyəsində bilmək tələb olunur.
Kafedra və departament müdiri vəzifəsində çalışmaq istəyən şəxslərdən ixtisas üzrə 5 il, ali təhsil müəssisəsində 2 il çalışmaq, ali təhsil müəssisəsində 2 illik pedoqoji təcrübə, dosent və fəlsəfə doktoru elmi adına malik olmaq, kompüteri, ofis proqramlarını və rus dilini əla səviyyədə, ingilis dilini isə B2 səviyyəsində bilmək tələb olunur.
Sənədlər bu gündən bir ay ərzində təqdim edilə bilər.
Əlaqə telefonu (012)-564-47-31, (012)-564-47-31,
Email: [email protected]
Billurə Yunus