AZ

Armatur və polad boruların istehsalı artıb

Bu ilin yanvar-mart aylarında ölkədə 86,5 min ton armatur və 40,1 min ton polad borular istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə armatur istehsalı 2,5 faiz və ya 2,1 min ton, polad boruların istehsalı isə 76,6 faiz və ya 17,4 min ton artıb.

Cari ilin aprel ayının 1-nə armatur və polad borular üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 44,1 min ton və 5,7 min ton təşkil edib.

Seçilən
0
vergiler.az

1Mənbələr