AZ

Azərbaycanın xaricdən banan idxalına çəkdiyi xərc 20%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 11 min tonbanan idxal edilib.

Trend bubarədə Dövlət Statistik Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 9,5milyon ABŞ dolları olub. Banan idxalı ötən ilin eyni dövrü iləmüqayisədə miqdar ifadəsi ilə 455 ton və ya 4,3%, dəyər ifadəsi ilə1,5 milyon ABŞ dolları, yaxud da 19,4% artıb. Belə ki, 2024-cü ilinilk iki ayında Azərbaycana 10,5 min ton miqdarında, 8 milyon ABŞdolları dəyərində banan ixrac edilmişdi.

Bu ilin ilk iki ayında idxal olunan bananın bir tonu üçün ortaqiyməti 862 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 109 ABŞdolları və ya 14,5% bahadır. 2024-cü ilin eyni dövründə bu qiymət753 ABŞ dolları idi.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana banan Ekvador,Filippin, Kolumbiya, Kosta-Rika, Misir, Tailand və Almaniyadangətirilib.

Seçilən
0
az.trend.az

1Mənbələr