18 "Emmy" mükafatı qazanan "Şoqun" serialının ikinci mövsümü çəkiləcək.
Kulis.az xəbər verir ki, serialın ikinci mövsümünün çəkilişləri 2026-cı ilin yanvarında Vankuverdə başlayacaq.
Serialda aktyor Hiroyuki Sanada Lord Yoşii Toranaqa, Kosmo Jarvis isə Con Blektorn rolunda çıxış edəcək.
Qeyd edək ki, serialın ilk mövsümü 1600-cü ildə Yaponiyada əsri müəyyən edən vətəndaş müharibəsinin başlanğıcından bəhs edir.