Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Hindistanın raket zərbələrinə cavab vermək hüququnun olduğunu və bu cavabın artıq verildiyini bəyan edib.
Hökumət başçısı öz X səhifəsində Hindistanın Pakistanın 5 vilayətinə hücumları ilə bağlı bəyanatla çıxış edib. Şahbaz Şərif "Pakistan ordusunun düşmənin öhdəsindən necə gəlməyi yaxşı bildiyini" bildirib.
Baş nazir yazıb: "Pakistan Hindistanın başladığı müharibə aktına cavab vermək haqqına malikdir və müvafiq cavab artıq verilib. Hindistana öz məqsədinə çatmağa imkan verilməyəcək".
Hürr Tərcüman