AZ

AYNA ötən günə olan xüsusi defisit “İcazə” blanklarının sayını açıqladı

BAKI, 7 may. TELEQRAF

Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq avtomobil yük daşımaları üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının ötən günə olan qalıq sayını açıqlayıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, mayın 6-da Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün müxtəlif kateqoriyalar üzrə qalıq icazə blanklarının sayı toplam 384 təşkil edib.

Belə ki, qalıq say, məhdudiyyətsiz daşımalar üçün 195, yalnız Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən olan daşımalar üçün 123, İrana və İrandan olan daşımalar üçün isə 66 təşkil edib.

Qazaxıstan istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün ayrılmış icazə blanklarının sayı isə 1 858 olub.

Seçilən
0
teleqraf.com

1Mənbələr