AZ

Hindistan Pakistandakı məscidləri hədəfə aldı, dinc insanlar şəhid oldular

Hurriyyet.az xəbər verir ki, Hindistan Pakistanın bir neçə məscidinə zərbələr endirib, çox sayda insan həlak olub.

Pakistan Silahlı Qüvvələrinin general-leytenantı Əhməd Şərif bəyan edib ki, Hindistan hücum edərkən məqsədyönlü şəkildə dinc əhaliyə zərbələr endirib.

"Deyli Pakistan" nəşrinin yazdığına görə, Əhməd Şərif mətbuat kondransındakı çıxışında deyib: "Əhmədpur-İstdə "Sübhən Allah" məscidi vurulub, nəticədə 13 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Müzəffərabad yaxınlığında "Bilal" məscidi atəşə tutulub, orada 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Kotlidə "Abbas" məscidinə hücum edilib, 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Muridke şəhərində məscidin atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Sialkotda yerləşən məscid atəşə tutulsa da, tələfat və dağıntı olmayıb.

Şəkərqarhda da həlak olan yoxdur, lakin tibb maşını zədələnib".

Hürr Tərcüman

Seçilən
0
hurriyyet.az

1Mənbələr