BAKI, 7 may. TELEQRAF
Pakistan Xarici İşlər Nazirliyi (XİN)Hindistanın həyata keçirdiyi hava zərbələri ilə əlaqədar bu ölkənin İslamabaddakı müvəqqəti işlər vəkilini nazirliyə dəvət edib və ona rəsmi nota təqdim edərək qəti etirazını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan XİN-i bəyanat yayıb.
Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, Hindistanın bu addımları regional sülhə və sabitliyə ciddi təhdid yaradır. Pakistan tərəfi beynəlxalq ictimaiyyəti vəziyyətə diqqət yetirməyə və bölgədə gərginliyin artmasının qarşısını almağa çağırıb.