AZ

Nazirlik müəllimlərə çağırış etdi: “TikTokda video paylaşın”

Müəllimlər dərslərlə bağlı videolarını TikTokda paylaşa biləcəklər.

Tribunainfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müəllimlərə bununla bağlı çağırış edib. Təhsil üzrə ekspert Kamran Əsədov nazirliyin bu çağırışını yüksək qiymətləndirib:

“TikTok artıq təkcə əyləncə platforması deyil, təhsilin yeni auditoriyasıdır!

Elm və Təhsil Nazirliyinin müəllimlərə dərslərlə bağlı videoları TikTok-da paylaşmaqla bağlı çağırışı müasir dövrün təhsil modelinə atılmış cəsarətli addımdır. Bu təşəbbüs müəllimin sinif otağından çıxaraq cəmiyyətin geniş kütlələrinə çatmasına, fənlərin qısa, anlaşılan və vizual izahlarla təqdim olunmasına şərait yaradır.

Artıq bir riyaziyyat düsturu, bir tarixi hadisə və ya bir dil qaydası 60 saniyəyə milyonlara çata bilər.

Bu, həm şagirdin öyrənmə motivasiyasını artırır, həm də müəllimin ictimai nüfuzunu gücləndirir”.

Ekspert bildirib ki, dünya artıq bu yolu gedir:

 

“ABŞ-da, İngiltərədə və Hindistanda müəllimlər TikTok vasitəsilə yüz minlərlə insana tədris materialları çatdırır, sosial şəbəkəni maarifçilik alətinə çevirirlər.

Bu təşəbbüs davamlı və peşəkar şəkildə icra olunarsa, təhsilimiz daha əlçatan, müəllimimiz isə daha görünən olacaq. Təhsili şagirdin getdiyi yerə aparmaq – XXI əsrin pedaqogikasının əsas şərtidir.

Rəqəmsal təhsilə doğru bir addım da atıldı. Dəstək verilməlidir”.

Nigar İxtiyarqızl

Seçilən
0
tribunainfo.az

1Mənbələr