Hindistan mülki əhalini hədəf aldı: Ölənlər var
Pakistan ordusu Hindistanın hücumları nəticəsində 26 mülki şəxsin öldüyünü, 46 nəfərin isə yaralandığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra gərginlik artıb.
Hindistan Pakistana raket zərbələri endirib. Pakistan və Pakistanın Azad Kəşmir bölgəsində partlayışlar baş verib.Paksitan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın raketlərlə hücum etdiyi bölgələrdə ölənlərin sayının 26-ya, yaralıların sayının isə 46-ya yüksəldiyini açıqlayıb.
Pakistan ordusu 6 bölgədə 24 məntəqənin hücumlardan təsirləndiyini açıqlayıb. Pakistan Müdafiə Nazirliyi vurulan bütün hədəflərin mülki nöqtələr olduğunu açıqlayıb.Pakistanın Baş naziri Şahbaz Şərif isə Hindistanın hücumlarına cavab verdiklərini bəyan edib.
Pakistanın müdafiə naziri həmçinin Hindistana məxsus 5 döyüş təyyarəsinin və bir pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.Pakistan hava məkanını bağlayıb, uçuşlar ləğv edilib. Pakistanın Pəncab əyalətində fövqəladə vəziyyət elan edilib, təhsil dayandırılıb. Paytaxt İslamabadda da məktəblər bir günlük bağlanıb.