AZ

UEFA Çempionlar Liqasının cari mövsümündə ən yaxşı nəticəni “İnter” göstərib

UEFA Çempionlar Liqasının cari mövsümündə ən yaxşı nəticəni İtaliyanın “İnter” klubu göstərib.

“Report”un məlumatına görə, komanda keçirdiyi 14 oyunda cəmi 1 dəfə məğlub olub.

Simone İnzaqinin baş məşqçisi olduğu komanda yeganə uğursuzluğu turnirin Liqa mərhələsinin VI turunda Almaniyanın "Bayer 04" klubuna qarşı matçda yaşayıb. Milan təmsilçisi bu görüşdə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “İnter” ötən gün yarımfinalda “Barselona”nı 4:3 (ilk oyun - 3:3) hesabı ilə məğlub edərək, iki görüşün nəticəsinə əsasən mayın 31-də Münhendə keçiriləcək finala vəsiqə qazanıb.

"İnter" finalda PSJ (Fransa) - "Arsenal" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüşdə Paris təmsilçisi qələbə qazanıb - 1:0.

Seçilən
0
report.az

1Mənbələr