BAKI, 7 may. TELEQRAF
Hindistan da razı olsa, Pakistan münaqişəni dayandırmağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif “Bloomberg”ə deyib.
“Son iki həftə ərzində ardıcıl olaraq bəyan etmişik ki, biz heç vaxt Hindistana qarşı düşmənçilik hərəkətləri etməyəcəyik, amma bizə hücum edilərsə, cavab verəcəyik. Hindistan geri çəkilsə, bu gərginliyə mütləq son qoyacağıq”, - nazir vurğulayıb.
Xatırladaq ki, Hindistan Silahlı Qüvvələri gecə saatlarında Pakistan ərazilərinə zərbələr endirib. Nəticədə 26 nəfər həlak olub, 46 nəfər yaralanıb. Pakistanın cavab tədbirləri nəticəsində Hindistan ağır itkilər verib. Hindistanın 5 qırıcısı, sərhəddəki briqada qərargahı və digər hərbi hədəfləri Pakistan ordusu tərəfindən məhv edilib.