AZ

İrandan Azərbaycan aksiz markasız siqaret keçirən şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satmada təqsirləndirilən Murad Budaqovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Biləsuvar Rayon Məhkəməsinin hökmü həmin apellyasiya protestinə münasibətdə maddi sübuta aid hissəsində dəyişdirilib. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 76 qutu və 28 qutu müxtəlif markalı siqaret xüsusi müsadirə qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb. Bu qərarın həmin siqaretlərin xüsusi müsadirə olunması hissəsinin icrası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə həvalə edilsib.

 

İttihama görə, Murad Budaqov 18 dekabr 2023-cü il tarixdə “Mercedes Benz Travego” markalı avtobusla İran İslam Respublikasından (İİR) tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə sərnişin qismində gələrkən İİR-dən istintaqa məlum olmayan mənbədən ümumilikdə 665 manat dəyərində müxtəlif markalı Azərbaycanın aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 110 qutu tütün məmulatlarını (siqaretləri) əldə edərək 2 sellofan torbada yerləşdirib satış məqsədi ilə saxlayıb. Sonra o, həmin siqaretləri satmaq üçün özü ilə Bakı şəhərinə gətirərkən saat 7 radələrində Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində əl yükləri gömrük nəzarəti qaydasında əsaslı yoxlanılıb. Yoxlama zamanı qeyd edilən xeyli miqdarda tütün məmulatları (siqaretlər) aşkar edilərək götürülüb.

 

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Murad Budaqova qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri növündə cəza təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 7 May 2025, 10:22   
Seçilən
0
1
pravda.az

2Mənbələr