BAKI, 7 may. TELEQRAF
ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EİA) 2025-2026-ci illər üçün Azərbaycanda orta hesabla gündəlik neft və digər maye yanacaqların hasilatı üzrə proqnozunu açıqlayıb.
Teleqraf xəbər verir ki, agentlik 2025-ci il üzrə gündəlik hasilatın 620 min, 2026-cı ildə isə 600 min barel olacağını proqnozlaşdırıb.
Agentliyin neft və digər maye yanacaqların hasilatı üzrə proqnozu cari ilin ikinci rübü üçün gündəlik 620 min, üçüncü rübü üçün 640 min, dördüncü rübü üçün isə 630 min barel olub.
EİA Azərbaycanda 2026-cı ilin birinci rübündə gündəlik 620 min, ikinci rübündə 610 min, üçüncü rübündə 600 min, dördüncü rübündə isə 590 min barel neft və digər maye yanacaqların hasil olacağını ehtimal edib.
Qeyd edək ki, agentlik 2024-cü ildə neft və digər maye yanacaqların hasilatının gündəlik 600 min barel səviyyəsində olduğunu qeyd edib.