AZ

Cavan Zeynallıdan ETİRAZ: “Televiziya “ölüb”, qonorar da vermirlər...”

“Məni bütün xalq sevir. Tamaşaçılar imkan vermir ki, sakitcə küçəyə çıxım. Yolda saxlayırlar, başlayırlar şəkil çəkdirməyə. Onlar başa düşürlər ki, Cavan Zeynallı kimdir? Mən xalq artistiyəm, konservatoriya bitirmişəm. Üstəlik də cazmenəm. “Qaya” ansambılındakı fəaliyyətim də göz önündə olub”. Allah mənə çox şey verib” Bunu
 
Moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib. O daha sonra efirlərə çıxmamağının səbəblərindən danışıb:
 
“Mən çox ağıllı adamam. Televiziyada qonorar yoxdur, hədiyyə vermirlər. Təkcə quru-quru çox sağ ol deyirlər. Bu il 4 dəfə efirə çıxmışam. Bundan da əlavə şəhərdə avtomobil çoxalıb. Cənab prezidentin mənə hədiyyə etdiyi Xətaidəki evimdə yaşayıram. Tıxaca görə düz 3 saat yollarda qalıram. Gəlib çatıram, 2 saat veriliş gedir, verilişdən sonra yenidən 3 saat yenə də yolda oluram. Ona görə efirlərə getmək istəmirəm. Bundan da əlavə artıq televiziyaya baxan yoxdur. Mobil telefon, sosial şəbəkə dövrüdür. Televiziya artıq “ölüb”. Həm də bəzən məni efirlərə dəvət edəndə soruşuram ki, kimlər olacaq? Elə adamların adını çəkirlər ki, heç birini tanımıram. Öz-özümə deyirəm ki, Canik, getmə” deyə sənətkar bildirib.
Cavan Zeynallı bildirib ki, həyat yoldaşının ölümündən sonra heç bir toya, məclisə qatılmır:
“Mənim yoldaşım Röya xanım rəhmətə gedib. Mən nə toylara gedirəm, nə də ad günlərinə. Heç pul qazanmaq naminə də restoranlara getmirəm. Dövlətim mənə təqaüd verir, onunla dolanıram” deyə sənətkar bildirib.
Seçilən
0
moderator.az

1Mənbələr