AZ

“Azərbaycan Ağacı” Budvada əkildi - FOTO

6 may tarixində Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupu tərəfindən təşkil olunan 5-ci Beynəlxalq Konfrans çərçivəsində “Hər Ölkəyə Bir Ağac” adlı ekoloji kampaniya həyata keçirilib.


Manset.az xəbər verir ki, bu barədə deputat Azay Quliyev məlumat verib.

Aksiyada Azərbaycanı təmsil edən nümayəndə Budvada simvolik olaraq “Azərbaycan Ağacı”nı əkib.

Əkilmə mərasimində Budva şəhərinin meri Zeyko Komnenoviç, eləcə də digər ölkələrdən olan deputatlar iştirak ediblər. Şəhər rəhbərliyi tədbir çərçivəsində əkilən bütün ağacların – o cümlədən “Azərbaycan Ağacı”nın – qorunması və təhlükəsizliyinin təmin olunacağını bildirib.

Azərbaycanın belə nüfuzlu beynəlxalq ekoloji təşəbbüsdə təmsil olunması ölkəmiz üçün qürurverici hadisə kimi dəyərləndirilib.

Seçilən
0
manset.az

1Mənbələr