AZ

KOBİA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatınınKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiyatəşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevinanadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatınınnümayəndələri “Bakı KOB evi”ndə Ulu Öndərin büstü önünə güldəstələri qoyublar.

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi,Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canındankeçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadolunması ilə başlayıb.

Sonra KOBİA tərəfindən hazırlanmış, Heydər Əliyevin həyat vəfəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri OrxanMəmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin QuliyevUlu Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən,ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslıtədbirlərdən danışıblar.

Tədbir çərçivəsində YAP-a üzv olan KOBİA əməkdaşlarına üzvlükvəsiqəsi təqdim edilib, həmçinin partiya sıralarına qəbul olunmaqistəyən Agentlik əməkdaşlarının ərizələri qəbul edilib.

KOBİA-da
KOBİA-da
KOBİA-da
KOBİA-da
KOBİA-da
KOBİA-da
Seçilən
0
4
az.trend.az

5Mənbələr