AZ

"Mançester Yunayted" Fernandeşlə bağlı qərar verib

"Mançester Yunayted" portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeşlə bağlı qərar verib.

90deqiqe.Az-ın “ESPN GB”yə istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" 30 yaşlı yarımmüdafiəçi üçün yay transfer pəncərəsi zamanı gələcək təklifləri qəbul etməyəcək.

Daha əvvəl mətbuatda, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Fernandeşi transfer etmək istədiyi bildirilib.

Brunonun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 55 milyon avro qiymətləndirilir. Bu mövsüm portuqaliyalı 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr