ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasında gedən döyüşləri tənqid edib, The Guardian yazır. Ağ Ev rəhbərinə Hindistanın Pakistanın nəzarətində olan ərazilərə raket zərbələri ilə bağlı sual verilib. "Bu biabırçılıqdır. Biz bundan indicə xəbər tutduq",deyəo, jurnalistlərə bildirib. Tramp deyib ki, “insanlar keçmişə əsaslanaraq nəyinsə baş verəcəyini bilirdilər”, çünki hər iki tərəf “onilliklər və əsrlər boyu” mübarizə aparırdı. "Ümid edirəm ki, bu, çox tez bitəcək", - deyə Tramp əlavə edib.
Qeyd edək ki,çərşənbə axşamı, mayın 6-da axşam və mayın 7-də Yeni Dehli vaxtı ilə səhər saat 02:00 radələrində Hindistan ordusu Pakistanın Kəşmirinin paytaxtı Müzəffərabad ərazisinə raket zərbəsi endirib. Ölkənin Müdafiə Nazirliyi Pakistan və Pakistanın Kəşmirində infrastruktura hücumları əhatə edən Sindoor əməliyyatı haqqında məlumat verib.
Surxay Əliyev