AZ

"Yaşıl Azərbaycana Doğru" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb

Azərbaycan Milli QHT Forumunun ofisində bir qrup QHT sədri və vətəndaş cəmiyyəti fəalı "Yaşıl Azərbaycana Doğru" Vətəndaş Cəmiyyəti Koalisiyasının yaradılması haqqında razılığa gəlib. 
Bu barədə Koalisiyanın İdarə Heyətinin üzvü, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli məlumat verib. Onun sözlərinə görə, Koalisiyada "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi, "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi,  "Peşəkar Psixoloqlar" İctimai Birliyi,  "İnnovativ Proqress və Ekologiya" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi birləşib. Bundan başqa Koalisiyada vətəndaş cəmiyyəti fəalları, gənc ekoloqlar da təmsil olunacaq.
QHT sədri qeyd edib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən  vətəndaş cəmiyyəti şəbəkəsi olan Koalisiya öz fəaliyyətini Əsasnaməsinə  və müvafiq qanunvericiliyə uyğun olaraq quracaq. Koalisiyanın məqsədi vətəndaş cəmiyyəti institutlarını bu prosesə cəlb etməklə ölkəmizdə ekoloji maarifçiliyi təbliğ etmək və  inkişaf etmiş ölkələrin  təcrübəsini öyrənərək Azərbaycanda təbiq olunması üşün qanunvericilik təşəbbüsü ilə çıxış etməkdir.
Qurum aktual mövzularla bağlı konfranslar, seminarlar, dəyirmi masalar, o cümlədən virtual müzakirələr keçirməyi nəzərdə tutur. Koalisiya həmçinin ekoloji problemlərin həlli ilə  bağlı cəmiyyət və KİV münasibətlərinin qurulmasına yardımçı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr