AZ

"Arsenal"ın baş məşqçisi: "Tarix yazmaq üçün Parisdəyik"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta PSJ ilə keçiriləcək oyun haqda danışıb.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ ilə keçiriləcək cavab oyunu öncəsi komandasının tarix yazmaq əzmində olduğunu bildirib.

Operativ Media xəbər verir ki, London təmsilçisi klub tarixində hələ də bu turnirin qalibi olmayıb.

“Biz tarix yazmaq üçün buradayıq. Finala bir qələbə qədər yaxınıq. Gəlin meydanda danışaq. İlk matçın nəticəsi komandaların qarşısında duran vəzifələri aydın şəkildə göstərdi. Bizim vəzifəmiz daha aydındır. Nəyə qadir olduğumuzu bilirik. Kuboklar qazanmaq üçün doğru zamanda, doğru yerdə olmaq lazımdır”.

Qeyd edək ki, PSJ ilə “Arsenal” arasında cavab oyunu mayın 7-də Parisdəki “Parc des Princes” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk qarşılaşma PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
0
operativmedia.az

1Mənbələr