Hindistanın Pakistanın Pəncab əyalətindəki şəhərlərə və Kəşmir bölgəsinə raket zərbələri endirməsinə cavab olaraq, Pakistan Silahlı Qüvvələri əhəmiyyətli əks-hücum həyata keçirib.
Yerli KİV-lərin verdiyi məlumata görə, Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus beş döyüş təyyarəsini, bir pilotsuz uçuş aparatını (PUA) və bir briqada qərargahını sıradan çıxarıb.
Bu barədə açıqlamanı Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-leytenant Əhməd Şərif Çaudri verib. Onun sözlərinə görə, hərbi əməliyyata cəlb olunan Pakistan təyyarələri və pilotları heç bir itki vermədən bazalarına geri qayıdıblar.
Məlumata görə, məhv edilən Hindistan təyyarələri arasında 3 ədəd Fransada istehsal olunmuş Rafale, 1 ədəd Su-30 İ və 1 ədəd MiQ-29 tipli qırıcı olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta