AZ

Putini paradda təkçə mühafizəçilər qoyumayacaq: Dualı xaç da taxacaq

Faşizm üzərində qələbənin ildönümünün qeyd ediləcəyi 9 Mayda Rusiya Prezidenti Vladimir Putini xüsusi xaç, ikona və zirehli geyim qoruyacaq.  

"Cebheinfo.az" xəbər verir ki,  bunu teleqram kanallarına Kremldə Putinə yaxın olan mənbə bildirib. 

Onun sözlərinə görə,  bir çoxları Putinin ehtiyatlanaraq parada getməyəcəyinə ümid edir:

"Çox gözləyərlər. Putin bütün təhkükələri bilir, ancaq bu təhlükələrin həyata keçməməsi üçün bütün tədbirlər görüləcək".

O bildirib ki, xüsusi xidmət orqanları ilə yanaşı, kilsə də mühafizə tədbirləri görüb: 

"Putin paradda ciddi şəkildə qorunacaq. Xüsusi oxunmuş xaç taxacaq, müqəddəs knyaz Vladimirin ikonası veriləcək. Onu patriarx Kirill şəxsən oxuyub. Xüsusi zirehli jilet də olacaq. Onu da patriarx oxuyub. Bu, kimsə qəribə gələ bilər, amma biz risk edə bilmərik".

Kilsə də məlumatı təsdiqləyib: "Putin üçün ruhani müdafiə yaratdığımız görə qürurluyuq". 

Seçilən
0
cebheinfo.az

1Mənbələr