AZ

AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR

№ 3-27/3-7-4/2025

Bakı şəhəri 25 aprel 2025-ci il

“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir sıra normativ hüquqi aktlarında dəyişiklik edilməsi barədə

“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli 161s nömrəli Sərəncamının 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

qərara alır:

1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2021-ci il 26 yanvar tarixli KQ-1/21 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 21 yanvar tarixli KQ-2/22 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Qaydası”nda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 22 iyul tarixli 3-27/3-7-12/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 22 iyul tarixli 3-27/3-7-13/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası”nda, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-15/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-16/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2025-ci il 25 aprel tarixli 3-27/3-7-4/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2021-ci il 26 yanvar tarixli KQ-1/21 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 21 yanvar tarixli KQ-2/22 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Qaydası”nda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 22 iyul tarixli 3-27/3-7-12/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 22 iyul tarixli 3-27/3-7-13/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası”nda, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-15/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-16/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nda edilmiş dəyişikliklər:

1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2021-ci il 26 yanvar tarixli KQ-1/21 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bənddə “Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra - Aviasiya Agentliyi)” sözləri “Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

1.2. 5.5-ci və 11.1-ci bəndlərdə ismin müvafiq hallarında “Aviasiya Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 21 yanvar tarixli KQ-2/22 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.1-ci bənddə “Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra - Dövlət Agentliyi)” sözləri “Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.2. 6.2-ci bəndin birinci cümləsində və 6.5-ci bənddə “Dövlət Agentliyinin direktoru və ya direktorun vəzifələrini” sözləri “Agentliyin İdarə Heyətinin sədri və ya sədrin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;

2.3. 6.4-cü bəndin birinci və ikinci cümlələrində “Dövlət Agentliyinin direktoruna və ya direktorun vəzifələrini” sözləri “Agentliyin İdarə Heyətinin sədrinə və ya sədrin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;

2.4. 6.8-ci və 7.1-ci bəndlərdə ismin müvafiq hallarında “Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 22 iyul tarixli 3-27/3-7-12/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nın 4.2-ci bəndinin birinci cümləsində “Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri “Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 22 iyul tarixli 3-27/3-7-13/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası”nın 3.1-ci bəndində “Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə” sözləri “Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-15/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nın 2.2.4-cü yarımbəndində “Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin” sözləri “Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-16/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nın 4.3-cü bəndində “Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri “Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

 

Seçilən
0
xalqqazeti.az

1Mənbələr