İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Moskvadakı paradda 29 xarici ölkə başçısının iştirakı gözlənilir. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Mayın 9-da keçiriləcək paradda 13 ölkənin hərbçiləri iştirak edəcək. Bundan əlavə, 31 ölkənin müdafiə nazirliklərindən nümayəndə heyətlərinin gəlməsi gözlənilir.
Uşakovun sözlərinə görə, Moskvaya Rusiyada akkreditə olunmuş bütün diplomatik missiyaların rəhbərləri və bir sıra ölkələrin müdafiə qurumlarının rəhbərləri dəvət olunub.
Mətləb Salahov