İran Air-in iki illik fasilədən sonra Tehrandan Bakıya ilk uçuşunun tarixi açıqlanıb.
İran Hava Yolları (Iran Air) Tehrandan Bakıya birbaşa uçuşlara yenidən başlayır.
Operativ Media-nın əldə etdiyi məlumata əsasən, Tehran–Bakı marşrutu üzrə ilk reys 2 iyun tarixində həyata keçiriləcək.
Bu, iki illik fasilədən sonra həyata keçiriləcək ilk uçuş olacaq.