AZ

“Neftçi”də daha bir ayrılıq reallaşır – Azarkeşlərin tənqidlərindən sonra bu qərarı verdi

Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi mövsüm sonu “Neftçi”dən ayrılacaq.

İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli oyunçu özü də komandada qalmaq istəmir.

O, son oyunlardan sonra azarkeşlərin sosial şəbəkələrdəki təpkisindən çox narazı qalıb. Yığmamızın oyunçusu artıq “Neftçi”də qalmaq niyyətində deyil.

Mövsüm sonu klubla müqaviləsi bitəcək futbolçu baş məşqçinin də gələcək planlarına daxil deyil. Bu səbəbdən də yayda müdafiəçinin “ağ-qaralar”dan ayrılacağı dəqiqdir.

Seçilən
0
idmanxeber.az

1Mənbələr