AZ

“Taci adında it öldü, ona oxşar it tapdılar, illər sonra...”-“Sihirli annem” nə vaxt ekranlara qayıdır?-ÖZƏL AÇIQLAMA

Bir vaxtlar məşhur olan “Sihirli annem” türk serialının film çəkilişləri artıq bitib.
 
 
Bu haqda Moderator.az-a özəl açıqlamasında serialda və yeni çəkilən filmdə periliçə obrazını oynayan məşhur aktrisa Ayşən İnci deyib:
 
“Artıq çəkilişlərimiz bitib. Hər birimiz illər sonra bir araya gəlməyin sevincini yaşadıq. Çox həyəcanlandıq. Həm də kədərləndik. O vaxtlar çox böyük zövqlə, sevgi ilə çalışmışdıq. Hər birimiz çox xoşbəxt idik. Nə yaxşı ki, vaxtında periliçə rolunu oynamışam. Bu rol mənim sənət həyatımda, daha dəqiq desək serial həyatımda bir dönüş nöqtəsi oldu. Serial bitəndən sonra mən “Periliçədən nağıllar” adlı bir yutub kanalı açdım və uşaqlar üçün hazırladığım videoları ora yüklədim. Onlar üçün nağıllar danışırdım. Çəkilişlərdə maraqlı hadisələr baş verirdi. Taci adında it çəkilirdi. Gülməli səhnələr idi. Sonra həmin it öldü və yeni bir ona oxşayan itlə çəkilişlərə davam etdik” deyə aktrisa bildirib.
 
 
Ayşən İnci bildirib ki, filmin ilk tiziri artıq yayımlanıb:
 
“Serialın bütün kollektivi filmdə rol alıb. Bir-iki aktyoru çıxmaq şərtilə. Ssenarist Qamze Özer film ssenarisində həmin sənətçilərlə bağlı rol yazmayıb. Bir neçə sənətçi isə filmə yeni daxil olub. May ayının 30-da filmin təqdimat mərasimi baş tutacaq. Ümid edirəm ki, ortalığa gözəl iş çıxarmışıq. Tamaşaçıların bəyənəcəyinə əminəm” deyə aktrisa bildirib.
 
Qeyd edək ki, “Sihirli annem” serialı 2003-2012-ci illərdə yayımlanıb.
Serialda olduğu kimi filmdə də İnci Türkay (“Betüş”), Gizem Güven (“Ceren”), Zeynep Özkaya (“Çilek”), Cennifer Boyner (“Toprak”), Nevra Serezli (“Dudu peri”) və Gül Onat (“Perihan”) rol alıb.
 
Seçilən
0
moderator.az

1Mənbələr