AZ

Açlıq, qar və imperiyanın sonu – Roma niyə yıxıldı?

Açlıq,

İqlim dəyişikliyi Roma imperiyasının süqutunda həlledici rol oynamış ola bilər. Geology jurnalında dərc olunan yeni bir araşdırma göstərib ki, təxminən eramızın 540-cı ilindən başlayan və “Antik dövrün kiçik buz dövrü” (LALIA) adlandırılan iqlim hadisəsi əvvəl düşünüləndən daha sərt olub.Beynəlxalq alimlər qrupu İslandiya sahillərində aparılan tədqiqatlar nəticəsində bu dövrdə Qrenlandiyadan gələn aysberqlərin böyük daş parçalarını daşıdığını sübut edən geoloji izlər aşkarlayıb. Bu, Şimali Atlantikada qeyri-adi soyumanın göstəricisidir.LALIA dövrü üç nəhəng vulkan püskürməsinin yaratdığı kül qatının günəş işığını bloklaması nəticəsində yaranıb. Bu soyuma 200–300 il davam edib və Avropa üzrə kütləvi miqrasiyalara səbəb olub. Alimlərin fikrincə, bu, Roma imperiyasını sarsıdan mühüm faktorlardan biri olub.Professor Tomas Gernon (Sauthempton Universiteti):"Avropada temperatur 1–2 dərəcə aşağı düşmüşdü. Bu, məhsulsuzluq, ərzaq qiymətlərinin artması, aclıq və epidemiyalara yol açdı."Baxmayaraq ki, Şərqi Roma imperiyası (Bizans) rəsmən yalnız 1453-cü ildə süqut etdi, tədqiqatçılar hesab edir ki, bu iqlim böhranı onun tənəzzül dövrünün başlanğıcı olub."Biz demirik ki, tək səbəb iqlim idi. Amma indi aydındır ki, soyuma fon yox, tarixin axarını dəyişə biləcək bir amil olub", – deyə araşdırmanın müəllifi vurğulayıb.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO

Tramp deyir ki, Rusiya Ukraynanın hamısını "istəyir"

Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO

Seçilən
0
ulusum.az

1Mənbələr