BAKI, TurkicWorld
Pakistan Hindistana cavab verib- 3 döyüş təyyarəsi və bir pilotsuz aparat vurulub.
TurkicWorld xəbər verir ki, Hindistanın Pakistana qarşı həyata keçirdiyi raket hücumlarına cavab olaraq, Pakistan ordusu Hindistana məxsus üç döyüş təyyarəsini və bir pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.
Məlumatı Pakistanın informasiya naziri Attaullah Tarar X sosial şəbəkəsində paylaşıb.
Tarar bildirib ki, bu addım Hindistanın “təcavüzkar hücumlarına adekvat cavab” olaraq atılıb. Eyni zamanda, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri general-leytenant Əhməd Şərif Çaudri hücumların Azad Cammu və Kəşmirin Kotli, Müzəffərabad və Bağ rayonlarında, habelə Pəncab əyalətindəki Bahavalpur və Muridke bölgələrində həyata keçirildiyini bildirib.
Qeyd edək ki, hücumlar nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Regionda vəziyyət getdikcə daha da gərginləşir və iki nüvə silahına malik ölkə arasında yeni qarşıdurma təhlükəsi ciddi narahatlığa səbəb olub.