"İnter" iki oyunun nəticəsinə görə "Barselona"nı məğlub edərək Çempionlar Liqasında finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, "neradzuri" son 3 ildə 2-ci dəfə Simone İnzaqi rəhbərliyində finala yüksəlib. İtaliyalı mütəxəssis dünənki görüşdən sonra bunları deyib:
"İlk oyundan dərs aldıq. Biz heç vaxt təkəbbürlü olmamışıq və həmişə çox çalışmışıq. Finala yüksəlməyə layiq idik".
Əlavə edək ki, İnzaqi 2021-ci ildən "İnter"i çalışdırır. O, klubla 1 dəfə A Seriyasını, 2 dəfə İtaliya kubokunu, 3 dəfə isə İtaliya superkubokunu qazanıb.