Kişi basketbolçulardan ibarət “Sabah”ın qələbə seriyası qırılıb.
İdman.biz xəbər verir ki, Rimas Kurtinaytisin yetirmələri final seriyasının 3-cü matçında “Neftçi”yə uduzub.
Bu, “Sabah”ın pley-offda ilk məğlubiyyəti olub. 1/4 finalda “Sərhədçi”, yarımfinalda “Şəki”ni seriyada 2:0 hesabı ilə məğlub edən komanda finalın da ilk iki duelində qalib olub.
Bu 6 qələbədən əvvəl də “Sabah” uğurlu seriyaya malik olub. Paytaxt təmsilçisi müntəzəm çempionatın son 5 görüşündə sevinib.
Ardıcıl 11 qələbəsi olan son çempion fevralın 28-də “Naxçıvan”a uduzmuşdu. Bakılılar 67 gündən sonra məyus olub.
Müntəzəm çempionat
“Naxçıvan” – “Sabah” – 85:82
“Sərhədçi” – “Sabah” – 73:89
“Sabah” – “Neftçi” – 105:77
“Sabah” – “Abşeron” – 99:64
NTD – “Sabah” – 79:105
“Sabah” – “Naxçıvan” – 111:89
1/4 final
“Sabah” – “Sərhədçi” – 90:64
“Sərhədçi” – “Sabah” – 77:104
Yarımfinal
“Sabah” – “Şəki” - 86:73
“Şəki” – “Sabah” – 72:96
Final
“Sabah” – “Neftçi” – 94:89
“Neftçi” – “Sabah” – 77:86
“Sabah” – “Neftçi” – 76:79
Vüqar Xeyrullayev
İdman.biz