AZ

Pakistan: Hindistanın hücumları nəticəsində 26 mülki vətəndaş həyatını itirib

Pakistan: Hindistanın hücumları nəticəsində 26 mülki vətəndaş həyatını itirib

Pakistan ordusu Hindistanın hücumları nəticəsində 26 mülki vətəndaşın həyatını itirdiyini, 46 nəfərin isə yaralandığını açıqlayıb.Hindistan və Pakistan arasında Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra gərginlik artıb.Hindistan Pakistana raket zərbələri endirib. Pakistanda və Pakistanın Azad Kəşmir bölgəsində partlayışlar olub.Hindistan Pakistan sərhədində hava hücumundan müdafiə sistemlərini işə salıb.Pakistan ordusu 6 bölgədə 24 məntəqənin hücumlardan təsirləndiyini açıqlayıb. Pakistan Müdafiə Nazirliyi vurulan bütün hədəflərin mülki nöqtələr olduğunu açıqlayıb.Hindistanın hücumu zamanı ən azı 2 məscid və 1 məktəbə də ziyan dəyib.

Seçilən
0
afn.az

1Mənbələr