AZ

Qərbdə hər iki nəfərdən biri III Dünya Müharibəsini gözləyir

Yazını böyüt
Yazını kiçilt

II Dünya Müharibəsi Avropada nasistlərin qeyd-şərtsiz təslim olmağı qəbul etməsi ilə bitdi. Artıq “Qələbə Günü” kimi qeyd olunan 8 Mayın 80-ci ildönümü yaxınlaşdığı bu günlərdə yeni sorğunun nəticələri açıqlanıb.

Hafta.az-ın yazdığına görə, YouGov sorğu şirkəti araşdırmanı mərkəzi qərargahı olduğu Böyük Britaniyada, həmçinin ABŞ, Almaniya, Fransa, İspaniya və İtaliyada aparıb.

Avropa ölkələrində III Dünya Müharibəsini gözləyənlərin nisbəti 41-55 faiz arasında dəyişib, amerikalıların isə 45 faizi bu fikirlə razılaşıb.

“III Dünya Müharibəsində nüvə silahından istifadə olunacaq” cümləsini dəstəkləyənlərin nisbəti 68-76 faiz, II Dünya Müharibəsi ilə müqayisədə daha çox insan itkisi olacağını proqnozlaşdıranların faizi 57 ilə 73 faiz arasında dəyişib.

Yeni dünya müharibəsində insanların çoxunun öləcəyini düşünənlər 25-44 faiz aralığındadır.

“Mənim ölkəm müharibəyə qoşulacaq” deyənlər rəyi soruşulanların 66-89 faizini təşkil edib. Bununla belə, Avropada ordusunun özünü müdafiə edə biləcəyini düşünənlər 16-44 faiz arasında qalıb.

Amerikalılar isə 71 faiz ordunun onları qoruya biləcəyini bildirib.

III Dünya Müharibəsinin Rusiyaya görə başlayacağını düşünənlərin faizi 69-82 faiz arasında dəyişib. Moskva qorxusunu “islamçı terror” izləyib.

Digər tərəfdən, İspaniya, Almaniya və Fransadakı əksəriyyət ABŞ-la gərginliyin qlobal sülhə təhlükə yaratdığını bildirib.

ABŞ-da yaşayanların 52 faizi və İspaniyada yaşayanların 31 faizi faşist Almaniyasının törətdiyi cinayətlərin öz ölkələrində də baş verəcəyini gözlədiklərini bildirib. Digər ölkələrin qiymətləri bu ikisi arasında qalıb.

Nasistləri məğlub etmək üçün ən çox kimin səy göstərdiyinə dair suala Böyük Britaniyadan kənar ölkələrin 40-52 faizi ABŞ, 17-28 faizi isə Sovet İttifaqı deyib. Böyük Britaniyada olanların isə 41 faizinin öz ölkələrinin adını çəkməsi diqqət çəkib. Çünki digər ölkələrdə Londonu bu baxımdan nüfuzlu görənlər 5-11 faiz arasında dəyişir.

Almanların 46 faizi ölkələrinin 1945-ci ildən sonra müharibə ilə məşğul olmaqda yaxşı iş gördüyünü düşünür, 47 faizi isə “nasistlərin keçmişi ilə bağlı çox yaxşı məlumatlı olduqlarını” deyib. Onlar bu vəziyyətin cari işlərdə problemlər yaratdığını iddia edirlər. 24 faiz respondent Almaniya liderlərinin düzgün tarazlıq qurduğunu deyir.

Sülhün qorunmasında kimin ən böyük payı olduğunu soruşduqda, 52-66 faiz arasında respondent NATO-nu göstərib. 45-56 faiz isə Avropa İttifaqının qitədə sülhün qorunmasında təsirli olduğunu düşünür.

Seçilən
0
1
hafta.az

2Mənbələr