Moskva hələ ki, Kiyevdən təmas xətti boyunca hərbsizləşdirilmiş zona yaratmaq istəyi ilə bağlı heç bir bəyanat eşitməyib. Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun müvafiq bəyanatını şərh edərkən deyib.
Amerikalı siyasətçi bundan əvvəl Kiyevin 30 günlük atəşkəsə hazır olduğunu və 30 kilometrlik hərbsizləşdirilmiş zona yaratmaq şərti ilə təmas xətti boyunca hərbi əməliyyatların dondurulmasını istədiyini bildirmişdi.
Rusiyanın Ukrayna tərəfinin müvafiq təklifini nəzərdən keçirməyə hazır olub-olmaması ilə bağlı suala cavab verən Peskov söyləyib: "Kiyevdən sözügedən məsələ ilə bağlı bir dənə də olsun açıqlama verilməyib".
Zərintac MayisqızıMissiya.Az