AZ

Baykar-dan tarixi nailiyyət: TB2T-AI rekord hündürlüyə çatdı

BAKI,TurkicWorld

İnkişaf etmiş süni intellekt və turbo mühərriklə təchiz edilən Bayraktar TB2T-AI Keşanda keçirilən sınaq uçuşlarında 37.096 fut hündürlüyə qalxaraq tarixi bir uğura imza atıb.

TurkicWorld xəbər verir ki, fevral ayında əldə edilən əvvəlki 30.318 fut rekordunu üstələyən bu nailiyyət, PUA-nın texnoloji imkanlarını bir daha nümayiş etdirib.

Baykar şirkətindən verilən məlumata görə, yeni turbo mühərrik Bayraktar TB2T-AI-ya daha sürətli qalxma və yüksəkdə uzun müddət qalma imkanı verir. 160 düyündən (300 km/saat) artıq sürətə çatan aparat, artırılmış yükdaşıma və qalxış ağırlığı ilə döyüş sahəsində daha uzun və təsirli missiyalar üçün nəzərdə tutulub.

ZPUA-ya inteqrasiya olunan üç yeni süni intellekt kompüteri vasitəsilə Bayraktar TB2T-AI çətin hava və müharibə şəraitində avtonom şəkildə hədəf aşkarlaya, vizual naviqasiya həyata keçirə və avtomatik eniş-qalxış funksiyalarını icra edə bilir.

2014-cü ildən etibarən istifadədə olan Bayraktar TB2 PUA-lar bu günədək ümumilikdə 1 milyon uçuş saatını tamamlayıb və Türkiyənin Silahlı Qüvvələri (TSK), Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), Jandarma və Polis tərəfindən aktiv istifadə olunur. TB2-lər həmçinin Liviyada, Ukraynada, Mali və Qarabağda mühüm döyüş missiyalarında iştirak edib.

Baykar-ın ixracat fəaliyyəti də diqqətçəkicidir. Şirkət 2024-cü ildə 1.8 milyard dollarlıq ixracat həyata keçirərək sektorun lideri olub. Bayraktar TB2 hazırda NATO-nun 6, Avropa İttifaqının isə 4 üzvü də daxil olmaqla 34 ölkənin inventarına daxil edilib. AKINCI PUA ilə birlikdə imzalanan müqavilələr 36 ölkəni əhatə edir

Seçilən
0
turkic.world

1Mənbələr