AZ

NI: BMR-3MA “Vepr” Ukraynada döyüş əməliyyatlarında yüksək effektivlik nümayiş etdirib

“Uralvaqonzavod” (“Rostex” dövlət korporasiyasının bir hissəsi) tərəfindən hazırlanmış BMR-3MA “Vepr” döyüş minatəmizləmə maşını Ukraynadakı döyüş zonasında yüksək effektivlik nümayiş etdirib.

Herbiand.az bildirir ki, bu barədə “The National Interest” nəşri yazıb.

BMR-3MA-nın xarici görünüşündən heyran olan nəşrin analitiki onu “cinləri xatırladan cəhənnəm görünüşlü maşın” adlandırıb.

Materialda göstərilir ki, “Vepr”-in əsas vəzifəsi mina sahələrini təmizləmək, quru qoşunları və daha həssas maşınların təhlükəsiz keçidini təmin etməkdir.

Məqalədə ekipajın qorunma səviyyəsinə xüsusi diqqət yetirilir. Məlumata görə, avtomobilin zirehləri T-90 tankının mühafizəsi ilə müqayisə olunur. Döyüş xəttində yerləşdirilən BMR-3MA-ların heç birinin itirilmədiyi və ciddi zədələnmədiyi də vurğulanır.

“Müasir mühafizə sistemləri və avtomobilin minatəmizləmə texnologiyaları Rusiya qoşunlarına yüksək səviyyədə mina təhlükəsi olan hərbi əməliyyatlar teatrlarında tempi saxlamağa imkan verir”, - müəllif yekunlaşdırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr