AZ

Magistraturalarına qəbul imtahanı keçiriləcək - Bu tarixdə

Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 1‑dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. İştirakçılar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.

Seçilən
0
mia.az

1Mənbələr