Bilindiyi kimi, indi “sarı-göylər” Azər Bağırovun sərəncamındadı. Mütəxəssisin klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Xatırlayırsızsa, məşqçi “Kəpəz”ə təyin olunduğu dönəmdə kollektiv mövsümün ik 4 turunu geridə qoymuş, nəinki xal qazanmış, qol da vura bilməmişdi.
Bu gün Gəncə təmsilçisi 29 xalla 9-cu pillədədi və “Səbail”dən 7 xal öndədi. Möcüzə baş verməsə, premyer-liqanı tərk edəcək komanda “dənizçilər” olacaq. Durum belədisə, klubun Mirça Radniklə danışıqlar aparması nə dərəcədə etikdi? Bu, hələ də vəzifəsini davam etdirən Azər Bağırova münasibətdə hörmətsizlik deyilmi?
Bu suallarla Azər bəyə müraciət etdik. Mütəxəssisin cavabı qısa oldu:
“Lap yaxşı. Nəsə demək istəmirəm”.
KƏNAN BAHADIR