AZ

ABŞ Rusiya gübrəsinin idxalında rekord həddəçatdı

Mart ayında ABŞ Rusiya gübrəsinin idxalını ikiqat artıraraq 219,3 milyon dollara çatdırıb və bu, son iki ilin ən yüksək göstəricisi olub.

Redaktor.az bu barədə ABŞ-nin rəsmi statistik məlumatlarına əsasən xəbər verir.

Rusiya bu göstərici ilə yenidən gübrə bazarında ikinci yerə yüksəlib, yalnız Kanadadan geri qalaraq Səudiyyə Ərəbistanını geridə qoyub.

Bu artım fonunda fevral ayında Rusiya gübrələrinin idxal dəyəri 238,7 milyon dollarla ümumi həcmin zirvəsində dayanmışdı. Mütəxəssislər bildirir ki, bu tendensiya davam edərsə, 2024-cü ilin mayından 2025-ci ilin yanvarınadək Rusiya gübrələrinin ABŞ-yə ixracı 20 faizədək arta bilər.

Aytəkin TOFİQQIZI

Görünən odur ki, Qərbin sanksiyaları və siyasi gərginliklərə baxmayaraq, Rusiya strateji əhəmiyyətli məhsullar – xüsusilə də mineral gübrələr – üzrə dünya bazarındakı mövqeyini qorumaqda və genişləndirməkdə davam edir. Ekspertlər qeyd edir ki, ötən ilin doqquz ayında karbamid ixracı 7 faiz, kalium xlorid ixracı isə tam 40 faiz artıb.

 

Seçilən
0
redaktor.az

1Mənbələr