AZ

Hindistanın Pakistana zərbələri nəticəsində ölənlərin sayı 26 nəfər çatıb, 46 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3

Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "Reuters" Pakistan ordusuna istinadən məlumat verib.

Yaralıların sayı isə 46 nəfərə çatıb.

***

03:54

Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda “Geo TV” Pakistan ordusuna istinadən məlumat yayıb.

Məlumata görə daha iki nəfər itkin düşüb.

***

01:09

Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb.

***

00:41

Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.

APA xəbər verir ki, Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.

Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.

Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.

Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətində olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.

Məlumata görə, Pakistanın 9 rayonunda heç bir hərbi obyektin hədəf alınmadığı əməliyyat keçirilir.

Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.

Seçilən
0
5
apa.az

10Mənbələr