AZ

Yeni iş yerlərinin 75 faizi Bakıda açılıb –Nə qədər iş yeri bağlanıb? /RƏQƏMLƏR

Yeni iş yerlərinin 75 faizi Bakıda açılıb

2024-cü ildə Azərbaycanda 91,7 min yeni iş yeri yaradılıb.

AzPost Statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, bu da 2023-cü illə müqayisədə 11,42% artım deməkdir .

Yeni açılmış iş yerlərinin 91,6%-i qeyri-dövlət sektorunun payına düşüb .

İş yerlərinin 75,2%-i Bakı şəhərində, 2,4%-i Naxçıvanda, qalan 22,4%-i isə digər regionlarda yaradılıb .

Yeni yaradılmış iş yerlərinin 13%-i yeni müəssisə və təşkilatlarda, 85,9%-i mövcud müəssisələrdə, 0,4%-i fəaliyyətini bərpa edən təşkilatlarda, 0,7%-i isə digər tədbirlər çərçivəsində açılıb .

2024-cü ildə ölkədə 15 900 iş yeri bağlanıb. Bu bağlanmaların 30,1%-i qeyri-dövlət sektorunda (təxminən 4 786 iş yeri), 69,9%-i isə dövlət sektorunda (təxminən 11 114 iş yeri) baş verib .

Seçilən
0
azpost.info

1Mənbələr