Bakı.Trend:
Hindistanın Pakistanın Pəncab əyalətindəki şəhərlərə və Kəşmirəendirdiyi raket zərbələrinə cavab olaraq, Pakistan ordusu Hindistanhava qüvvələrinə aid beş qırıcını, bir dronu və bir briqadaqərargahını məhv edib.
Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Pakistanrəsmisi general-leytenant Əhməd Şərif Çaudri açıqlama verib.
Onun sözlərinə görə, əməliyyatdan bütün Pakistan qırıcıları vəpilot heyəti salamat qayıdıb.
Qeyd edilir ki, məhv edilmiş Hindistan qırıcıları arasında 3Fransa istehsalı olan Rafal, bir Su-30 İ və bir MİQ-29 hərbireaktiv təyyarəsi olub.