AZ

​“Real” ulduz futbolçunu cəmi 1 milyona transfer edir

"Real Madrid" rəhbərliyi Trent Aleksander-Arnold transferini mövsüm başa çatmamış reallaşdırmaq istəyir. Metbuat.az xəbər verir ki, “Real” futbolçunun Klublararası Dünya Çempionatı turnirində iştirak etməsini istədiyi üçün “Liverpul”a təklif irəli sürüb. "Goal" nəşrinin xəbərinə görə, transferin reallaşması üçün “Real” “Liverpul”a 1 milyon avro təklif edib.

Qeyd edək ki, Trent Aleksander-Arnoldun “Liverpul”la müqaviləsi mövsümün sonunda yekunlaşır. O, azad agent kimi “Real”a transfer olacaq. “Liverpul” İngiltərə çempionluğunu təmin edib və digər turnirlərdə iştirak etmədiyi üçün klub “Real”ın təklifini qəbul edə bilər.

Seçilən
0
metbuat.az

1Mənbələr