AZ

Bu rayonlarda yaşayanlara kredit daha yüksək faizlə VERİLİR – SİYAHI

2025-ci il aprel ayının 1-nə banklar tərəfindən Azərbaycan regionlarına xarici kredit qoyuluşu, o cümlədən həmin kredit məbləğlərinin orta faiz dərəcələri məlum olub.

Mərkəzi Bankın məlumatına görə xarici valyutada regionlara 5,65%-lə 4,3 milyard manat kredit verilib. Onun da 14,04% dərəcə ilə 3,8 milyard manatı qısamüddətli, 14,90% dərəcə ilə 19,8 milyard manatı uzun müddətli kreditlərdir.

Xarici valyutada ən baha kreditlərin verildiyi rayonlara Mil-Muğan iqtisadi rayonu (15,74%), Naxçıvan iqtisadi rayonu (8,80%) , Lənkəran-Astara iqtisadi rayonu (7,71%), Dağlıq-Şirvan iqtisadi rayonu (7,69%), Quba-Xaçmaz iqtisadi rayonu (6,78%) daxildir.

Xarici valyutada qısa müddətə ən baha kreditlərin verildiyi rayonlara Mil-Muğan iqtisadi rayonu (16,27%), Qarabağ iqtisadi rayonu (8,66%) , Şirvan-Salyan iqtisadi rayonu (8,23%), Dağlıq-Şirvan iqtisadi rayonu (7,95%), Qazax-Tovuz iqtisadi rayonu (7,49%) daxildir.

Xarici valyutada uzun müddətə ən baha kreditlərin verildiyi rayonlar isə Naxçıvan iqtisadi rayonu (8,98%), Lənkəran-Astara iqtisadi rayonu (8,12%), Dağlıq-Şirvan iqtisadi rayonu (7,69%) , Quba-Xaçmaz iqtisadi rayonu (7,55%), Abşeron-Xızı iqtisadi rayonlarıdır (6,57%).

Göründüyü kimi xarici valyuta ilə verilən kreditlərin faizi xeyli yüksəkdir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, xarici valyuta ilə 16 faizlə kredit götürmək çox risklidir:

“Mən başa düşmürəm ki, insanlar niyə bu qədər yüksək faizlə kredit götürürlər?! Yəni manatla da bundan aşağı-yuxarı kredit götürmək olar.  Çünki dollarla kredit götürmək çox risklidir. Biz artıq bu təcrübəni yaşamışıq. Ola bilsin ki, bəzi adamların manatla kreditə əlçatanlığı yoxdur. Ona görə də dollarla kredit götürməyi seçiblər.

Bankların da xarici valyuta ilə və bu cür yüksək faizlə kredit verməkdə maraqlı olduqları üçün həmin şəxslərə kredit verməkdən çəkinməyiblər. Nəzərə alaq ki, bu cür yanaşma həm bank sektoru, həm də iş adamları üçün risklidir”.

Bəs, iqtisadi rayonlar üzrə faiz dərəcələri bu qədər fərqlidir?

“Bir iqtisadi rayonda xarici valyuta ilə 5-6, digər rayonlarda isə 15-16 faizlə kredit verilməsi də sual doğurur. Görünür, yüksək faizli kreditlər kənd təsərrüfarı sektoruna verilib. Çünki bu sektorda risklər yüksək olduğu üçün banklar kənd təsərrüfatını kreditləşdirməkdə heç də maraqlı deyillər”.

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
0
bizim.media

1Mənbələr