AZ

Ağdaşda yaşlı kişi toy sifarişinə getməyən musiqiçi həmkarını bıçaqladı

Bakı. Trend:

Mayın 7-də gecə saatlarında Ağdaş rayonu ərazisində 1965-ci iltəvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovunqarın və kürək nahiyəsinə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regionalqrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hərikisi musiqiçi olan şəxslərin arasında mübahisəyə səbəbY.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.

Belə ki, sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindənsaxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
0
6
az.trend.az

7Mənbələr