AZ

Hacıqabulda evlər su içində qaldı

Ötən gecə yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Hacıqabul rayonunun Muğan qəsəbəsində ciddi fəsadlar törədib.

Hakimiyyet.az -ın “Report”a istinadən məlumatına görə, Harami dağından axan sel suları qəsəbə ərazisindəki evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolub.

Küçələrdə avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Vətəndaşlara məxsus ev quşları tələf olub, tərəvəz və bostan əkini sahələrinə ziyan dəyib.

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Seçilən
0
9
hakimiyyet.az

10Mənbələr