"Harry Truman" təyyarədaşıyan gəmisində olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi Qırmızı dənizə düşüb.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, insidentə təyyarədaşıyıcının saxlama ötürücü sistemindəki nasazlıq səbəb ola bilər. F/A-18-in hər iki ekipaj üzvü havaya qalxa bilib. Onlar yalnız yüngül xəsarətlər alıblar. Xilasedici helikopter onları gəmiyə qaldırıb. Batan təyyarə hələ də tapılmayıb.
Bundan əvvəl aprelin 28-də də F/A-18 qırıcısı gəmidən düşmüşdü.
Gülayə Mecid